“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları keçib.
“RİA Novosti” xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.
“Brent” markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollara çatıb.
Qərbi Texas markalı neftinin aprel fyuçersləri isə 2,8 faiz artaraq 113,70 dollar təşkil edib.