CEYHUN BAYRAMOV: İŞĞALDAN AZAD EDİLƏR ƏRAZİLƏRİN BƏRPASI AZƏRBAYCAN DÖVLƏTİNİN PRİORİTETLƏRİNDƏNDİR

Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirilir. Ölkəmiz postmüharibə dövrünə qədəm qoyub və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin prioritetlərindəndir.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında bildirib.

Nazir vurğulayıb ki, məqsəd Azərbaycanı ekoloji cəhətdən təmiz, yaşıl ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur yenidən qurulur, “ağıllı” kəndlər, şəhərlər, parklar salınır.