LEYLA ABDULLAYEVA: VƏTƏNDAŞLARIN TƏXLİYƏ EDİLMƏSİ BİRBAŞA PREZİDENT İLHAM ƏLİYEVİN NƏZARƏTİNDƏDİR

Aldığımız məlumata görə, bir qədər öncə Kiyevdən Moldova istiqamətinə daha bir qatar yola düşüb. Həmin qatarda təxliyə üçün 100-dən çox Azərbaycan vətəndaşı da var.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, vətəndaşların təxliyə edilməsi birbaşa Prezident İlham Əliyevin nəzarətindədir və bundan sonra da təxliyyə tədbiləri davam etdiriləcək.