PASPORTU OLMAYANLAR UKRAYNADAN AZƏRBAYCANA NECƏ GƏLƏ BİLƏR? – AÇIQLAMA

Pasportları olmayanların, sənədləri qaydasında olmayanların Vətənə dönməsi üçün qayıdış şəhadətnaməsinin verilməsi məsələsi qaldırılıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, bu, müəyyən qədər vaxt tələb edir. O qeyd edib ki, Azərbaycan səfirliyi orada fəaliyyət göstərir və oradakı vətəndaşlarımızı müvafiq sənədlərlə təmin edir.

“Vətənə qayıdış şəhadətnəmələrinin tərtib edilməsinə vaxt lazımdır”, – deyə o əlavə edib.