Azərbaycanın Moldova və Polşadakı səfirliklərinə əlavə diplomatlar ezam olunub. Hazırda Azərbaycan vətəndaşlarının təxliyəsi ilə əlaqədar gərgin iş aparılır. Bu səbəbdən səfirliklərə əlavə diplomatlar ezam olunub.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.
L.Abdullayeva bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyi də fəaliyyətini davam etdirir. O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcək.