BEYNƏLXALQ ENERJİ AGENTLİYİNİN İCRAÇI DİREKTORU AZƏRBAYCANA TƏŞƏKKÜR EDİB

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Azərbaycana təşəkkür edib.

Bunu energetika naziri Pərviz Şahbazov “Twitter” səhifəsində bildirib.

“Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru F.Birol ilə telefon danışığında enerji bazarında mövcud durumu müzakirə etdik.

F.Birol enerji böhranı dövründə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi”, – nazir qeyd edib.