Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır.
Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib.
Onun sözlərinə görə, martın 18-də planlaşdırılmış dialoq çərçivəsində pandemiyadan sonrakı və post-münaqişə dövründə əməkdaşlıq müzakirə olunacaq.
Həmçinin, xeyriyyə yarmarkasının və digər tədbirlərin keçirilməsi planlaşdırılır.