Televiziya kanallarında aparılan monitorinqlər zamanı 6000 dil qüsuru qeydə alınıb.
Bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova “Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, qeydə alınan dil qüsurlarından 4753-ü hesabata daxil edilib.
“Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir”, – G.Əmirova deyib.