COZEP BORRELL: AVROPA İTTİFAQI RUSİYA İLƏ MÜHARİBƏ APARMIR

Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə aparmır, amma mövcud vəziyyətdə Ukraynanı dəstəkləyir.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Sanksiyalar zəruridir, amma bunlar özü-özlüyündə siyasət deyil, mövcud şəraitə reaksiyadır. Biz mövcud problemin həllini tapmalıyıq və bu həll diplomatiya ilə bağlı olmalıdır. Biz Rusiya ilə müharibə aparmırıq, amma indi hücuma məruz qalanların tərəfindəyik. Sanksiyalar ölkənin iqtisadiyyatına zərbə vurmaq üçün tətbiq olunur. Amma bu, bizə də əks reaksiya göstərir, ona görə biz də bədəl ödəməyə hazır olmalıyıq”, – deyə o bildirib.