RƏSMİ MOSKVA XARİCİ BİZNESİN RUSİYA AKTİVLƏRİNDƏN ÇIXMASINA MÜVƏQQƏTİ QADAĞA QOYUR

Rəsmi Moskva xarici sərmayədarların Rusiyadakı aktivlərdən çıxmasına müvəqqəti məhdudiyyət qoyacaq.

Baş nazir Mixail Mişustin bu barədə məlumat verib. Onun sözlərinə görə, hazırda əcnəbi iş adamları iqtisadi amillərə əsaslanmır, siyasi təzyiqlərə məruz qalaraq qərarlar qəbul edirlər.

Bu səbəbdən hökumət xarici biznesin Rusiya aktivlərindən çıxmasına müvəqqəti qadağa qoyur. Yaxın günlərdə Prezident Vladimir Putinin qərarla bağlı fərman imzalayacağı gözlənilir.