VİTALİ KLİÇKO: RUSİYA QOŞUNLARI KİYEVİN KƏNARINA YAXINLAŞIB

Vəziyyət ağırdır, Rusiya qoşunları Kiyevin kənarına yaxınlaşıb.

Ukrinform agentliyi xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib. Onun sözlərinə görə, şəhərin girişlərində istehkamlar tikilib, blokpostlar qurulub.

“Mən hamını dözüm göstərməyə çağırıram. Ciddi zərurət olmadan küçələrə çıxmayın, həyəcan siqnalı zamanı sığınacaqlarda qalın”, – deyə Kliçko paytaxt sakinlərinə müraciət edib. O deyib ki, şəhərdə bütün vacib infrastrukturlar işləyir, ictimai nəqliyyat isə saat 19:00-dək məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.

Qeyd edək ki, Ukrayna paytaxtında komendant saatı 20:00-dan 8:00-dək qüvvədədir.