SABAH RUSİYA İLƏ UKRAYNA ARASINDA DANIŞIQLARIN İKİNCİ RAUNDU BAŞ TUTA BİLƏR

Sabah Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu baş tuta bilər.

Bu barədə Ukrayna KİV-ləri yazır.

Qeyd edək ki, fevralın 28-də tərəflər arasında danışıqların birinci mərhələsi keçirilmişdi.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirmişdi ki, növbəti görüş yaxın günlərdə Belarus-Polşa sərhədində keçirilə bilər.