ABŞ Belarusdakı səfirliyinin işini dayandırıb.
Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Qeyd olunur ki, bu qərar bölgədə mövcud təhlükəsizlik problemləri ilə bağlı qəbul edilib.
Bundan başqa, Dövlət Departamenti Rusiyadakı səfirliyinin əməkdaşlarının bir qisminə ölkəni tərk etməyə icazə verib. Bu, “fövqəladə vəziyyət”də işləməyən əməkdaşlara və onların ailə üzvlərinə aiddir.