HAKERLƏR BİR SIRA RUSİYA KİV-LƏRİNİN SAYTINA HÜCUM EDİB

Rusiyanın bir sıra KİV-ləri və dövlət strukturlarının saytları “Anonymous” haker qruplaşması tərəfindən kiberhücuma məruz qalıb.

TASS agentliyi, “İzvestiya”, “Kommersant”, RBK, “Forbes”, “Pravo.ru” və digər agentliklərin saytları işləmir.

Bundan başqa, bir sıra Belarus nəşrinin saytlarının da hücuma məruz qaldığı bildirilib.