Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukrayna dövlətinin başçısı Vladimir Zelenski arasında telefon danışığından sonra Ukrayna nümayəndə heyətinin Rusiya ilə Ukrayna-Belarus sərhədində, Pripyat çayı yaxınlığında ilkin şərt olmadan görüşməsi barədə razılıq əldə olunub.
Bu barədə məlumatı Ukrayna prezidentinin ofisi “Facebook”-da yayıb.
“Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin səfəri, danışıqları və geri qayıtması zamanı Belarus ərazisində yerləşdirilən heç bir təyyarə, helikopter və raketin havaya qalxmayacağına görə məsuliyyəti öz üzərinə götürüb”, – məlumatda bildirilir.