İtaliya hökuməti Ukraynaya 110 milyon avro maliyyə yardımı ayırıb.
Bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio deyib.
“Həmkarım Dmitri Kulebaya bildirdim ki, İtaliyanın həmrəylik və qardaşlıq münasibətləri ilə Ukrayna xalqına dəstəyinin konkret ifadəsi kimi Kiyev hökumətinə 110 milyon avronun dərhal ödənilməsini nəzərdə tutan sənədi imzalamışam. Sülh hər birimizin məqsədidir”, – deyə nazir bildirib.