Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan tərəfinin göstərdiyi humanitar yardıma görə minnətdarlığını bildirib.
Bu barədə səfir öz “Twitter” səhifəsində paylaşım edib.
“Ukrayna Azərbaycandan bizim üçün çox vacib olan humanitar yardım almağa başlayıb. Xəsarət alanların ehtiyaclarını ödəmək üçün dərman vasitələri və tibbi avadanlıq göndərilib. Ukraynaya əməli dəstəyə görə dost Azərbaycana təşəkkür edirik!”, – paylaşımda deyilir.