Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə XİN-in mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı M.Çavuşoğlu Rusiyanı Ukraynadakı hərbi əməliyyatı dayandırmağa çağırıb və qeyd edib ki, bölgədə gərginliyin daha da artması heç kimə fayda verməyəcək.
Türkiyənin XİN rəhbəri bildirib ki, tərəflərin qarşılıqlı istəyi olarsa, Ankara Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır.