Rəsmi Varşavanın məlumatına görə, indiyədək Ukraynadan Polşaya 35 min qaçqın daxil olub.
Baş nazirin müavini Pavel Sefernakerin sözlərinə görə, Polşa ərazisinə keçənlərin əksəriyyəti qadın və uşaqlar, eləcə də yaşlı insanlardır. O bildirib ki, müharibə vəziyyəti ilə əlaqədar Ukrayna Sərhəd Xidmətinin kompüter sistemində yüklənmə olduğuna görə sərhədin Ukrayna tərəfində qeydiyyat işləri ləng aparılır və sərhəddə yığılan insanlar gözləməyə məcbur olurlar.
Qeyd edilib ki, Polşa Sərhəd Xidməti Ukraynadan gündəlik 50 minədək qaçqının qeydiyyatını aparmaq imkanına malikdir.