XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə nazirliyin, Heydər Əliyev Fondunun nümayəndələri, millət vəkilləri və könüllülərin iştirakı ilə Xocasən gölü ətrafında 613 ədəd Eldar şamı və zeytun ağacı əkilib.