Təəssüf ku, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik missiyası nəticəsiz qaldı.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib. O bildirib ki, buna baxmayaraq Türkiyə hələ də bu istiqamətdə səylərini davam etdirməkdədir.
“Türkiyə beynəlxalq təşkilatlar, o cümlədən NATO çərçivəsində bu məsələnin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirir.
Bizim səylərimiz atəşkəsin təmin olunması və diplomatik müstəvidə danışıqların başlaması yönündədir”, – səfir bildirib.