VOLODİMİR ZELENSKİ: UKRAYNA MÜDAFİƏNİ DAYANDIRMAYACAQ

Ukrayna müdafiə olunmağı dayandırmayacaq.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski yeni videomüraciətində deyib.
O, ölkə vətəndaşlarını “feyk” məlumatlara inanmamağa çağırıb.
“İndi internetdə çoxlu feyklər yayılır, guya mən ordunu silahı yerə qoymağa çağırıram və təxliyə aparılır. Mən buradayam. Silahlar yerə qoyulmur. Biz dövlətimizi müdafiə edirik. Bu bizim torpağımız, ölkəmiz, uşaqlarımızdır. Biz bütün bunları müdafiə edəcəyik”, – deyə V.Zelenski bildirib.
Eyni zamanda Ukrayna prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya ilə hərbi əməliyyatların dayandırılması ilə bağlı danışıqlarda şərtləri Kiyev diqtə edəcək.