ABŞ SƏFİRLİYİ: XOCALIDA HƏYATINI İTİRƏNLƏRİN XATİRƏSİNİ EHTİRAMLA YAD EDİRİK

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı paylaşım edib.

Səfirliyin “Twitter” hesabında səfir Örl Litzenbergerin sözləri qeyd olunub.

“Bu gün biz azərbaycan xalqının kədərini paylaşır və 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik” – deyə bildirilib.