ABŞ VLADİMİR PUTİN, SERGEY LAVROV, SERGEY ŞOYQUYA QARŞI SANKSİYALAR TƏTBİQ EDİB

ABŞ Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Tədiblər Müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı da tətbiq olunur.

ABŞ Maliyyə naziri Cannet Yellen qeyd edib ki, ABŞ və onun tərəfdaşları “Rusiya elitasına” qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcəklər.