“ŞUŞA İLİ” İLƏ BAĞLI TƏDBİRLƏR PLANI TƏSDİQLƏNİB

Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.