Rusiya desantları Kiyev yaxınlığındakı Qostomel aerodromunu ələ keçirib və Rusiya Hərbi-Desant Qoşunlarının əsas hissələri ilə birləşərək Ukrayna paytaxtının qərb çıxışını bağlayıb.
Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Fevralın 24-də Qostomel aerodromunun ələ keçriilməsi üçün uğurlu əməliyyat keçirilib və Ukrayna xüsusi bölmələrinin tərkbində 200-dən çox millətçi məhv edilib, Rusiya tərəfdən itkilər yoxdur”, – deyə o bildirib.
O əlavə edib ki, Rusiya hərbçiləri Kiyevin yaşayış məhəllələrinə zərbələr endirməyəcək.