RƏCƏB TAYYİB ƏRDOĞAN: RUSİYA-UKRAYNA MƏSƏLƏSİ İLƏ BAĞLI AVROPA İTTİFAQI VƏ QƏRB CİDDİ BİR MÖVQE GÖSTƏRMƏDİ

Rusiya-Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqı və Qərb təssüfki ciddi bir mövqe göstərmədi, onların hamsı Ukraynaya bol-bol məsləhətlər verirlər, amma o məsləhətlərlə bir nəticə əldə etmək mümkün deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Hər hansı addım atılmayıb. Bu günkü NATO zirvə görüşündə bu məsələlər müzakirə olunacaq. Qərb Ukrayna məsələsində bol-bol məsləhətlər verməkdə davam edir. İnanıram ki, bugünki NATO zirvəsində daha qərarlı bir mövqe ortaya qoyulcaq”, – deyə R.T.Ərdoğan əlavə edib.