İRAN SƏFİRLİYİ: XOCALIDA GÜNAHSIZ DİNC ƏHALİNİN QƏTLƏ YETİRİLMƏSİNİ ANIRIQ

İranın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı ilə bağlı “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Xocalıda günahsız dinc əhalinin qətlə yetirilməsinin 30-cu ildönümünü anır və Azərbaycan Respublikası hökumətinə, xalqına və faciədən sağ çıxanlara başsağlığı verir”.