Xocalı kimi faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq uğrunda hamı çalışmalıdır.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter”də bildirib.
“Azərbaycan Xarici İşlər Nazirliyinin təşkil etdiyi konfrans və sərgidə iştirak etdim. Faciənin günahsız qurbanlarını dərin hüznlə anırıq. Belə faciələrin baş verməməsi üçün sülh və əmin-amanlıq uğrunda hamımız çalışmalıyıq”, – deyə səfir qeyd edib.