KİYEVDƏ HAVA HƏYƏCANI ELAN EDİLİB

OLYMPUS DIGITAL CAMERA

Fevralın 25-də səhər saatlarında Kiyevdə hava həyəcanı elan edilib.

Bu barədə Kiyev şəhər administrasiyası bildirib.

Sakinlərin sığınacaqlarda gizlənməsi tapşırılıb. Qeyd olunur ki, Kiyevdə müxtəlif istiqamətlərdə partlayış səsi eşidilir.

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya qoşunlarının fevralın 25-də Kiyevə hücum etməyə planlaşdırdığını bildirmişdi.