UKRAYNA ÇERNOBIL AES-Ə NƏZARƏTİ İTİRDİYİNİ AÇIQLAYIB

Ukrayna Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti itirdiyini açıqlayıb.

Yerli KİV-lər xəbər verir ki, məlumatı Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak təsdiqləyib.

“Şiddətli döyüşlərdən sonra Çernobıl sahəsinə nəzarəti itirdik. Keçmiş Çernobıl AES-in obyektlərinin, nüvə tullantılarının saxlanclarının vəziyyəti məlum deyil”, – Mixail Podolyak bildirib.