Kiyev şəhər meri fevralın 24-dən komendant saatı tətbiq edib.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, komendant saatı saat 22:00-dan 07:00-a kimi qüvvədə olacaq.
“Bu, məcburi addımdır, lakin hərbi vəziyyətin hökm sürdüyü indiki şəraitdə paytaxtın təhlükəsizliyi üçün zəruridir”, – mer qeyd edib.