Avstriyanın paytaxtı Vyanada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin münasibətlərin normallaşması prosesi ilə bağlı ikinci görüşü keçirilib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunur ki, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç Ermənistan təmsilçisi Ruben Rubinyanla bu istiqamətdə atılacaq konkret addımları müzakirə edib və bu prosesi hər hansı bir ilkin şərt olmadan davam etdirmək barədə razılığa gəlib.
Xatırladaq ki, tərəflər arasında ilk görüş yanvarın 14-də Moskvada keçirilmişdi.