Biz Ukraynada yaşayan hər kəsin təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Türkiyə hərbi əməliyyatı qəbuledilməz hesab edir və rədd edir.
“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi yolverilməzdir! Rusiyanın beynəlxalq hüquqa zidd addımı bölgədə stabillyə ciddi əngəl və zərbədir. Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və tərəfləri böhranı dialoq yolu ilə həll etməyə çağırırıq. Bir az əvvəl telefon danışığında Zelenskiyə də bildirdim ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəni dəstəkləyir.
Biz dərin tarixi əlaqələrimiz və dostluq münasibətlərimiz olan Rusiya ilə Ukrayna arasında problemləri Minsk razılaşmaları çərçivəsində dialoq yolu ilə həll etməyə çağırışımızı bir daha təkrar edirik”, – deyə R.T Ərdoğan bildirib.