NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ IX QLOBAL BAKI FORUMUNA HAZIRLIQ MƏQSƏDİ İLƏ GÖRÜŞLƏR KEÇİRİB

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Andorranın xarici işlər naziri Mariya Ubax Font, İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero, Belçikanın dövlət naziri, Nümayəndələr Palatasının sabiq sədri Herman De Kro, İspaniyanın sabiq xarici işlər naziri Karlos Vestendorp və Belçikanın sabiq baş naziri İv Leterm ilə görüşlər keçirilib.

“Qlobal Dayanıqlıq və Əməkdaşlıq” başlığı altında keçiriləcək IX Qlobal Bakı Forumu və Mərkəzin son aylarda reallaşdırdığı beynəlxalq layihələr müzakirə olunub.

O cümlədən 4-6 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə baş tutmuş VIII Qlobal Bakı Forumunun hesabatı təqdim olunub. “COVID-19-dan sonrakı dünya” başlığı ilən keçirilən VIII Qlobal Bakı forumunda 5 hazırkı və 29 sabiq dövlət və hökümət başçıları, 16 sabiq xarici işlər nazirləri və parlament spikerləri daxil olmaqla 40-dan çox ölkədən, 300-dən çox qonaq iştirak edib.