Ukrayna ərazisinə endirilən raket zərbələri nəticəsində həlak olanlar var.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
Qeyd olunur ki, Brovarı şəhərinə endirilən zərbə nəticəsində azı bir nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.
Eyni zamanda, Mariupol şəhərində bir nəfər, Podolskda 6 nəfər həlak oub. Ümumilikdə 9 nəfər yaralanıb. 19 nəfərin isə itkin düşdüyü bildirilir.