“BUTA AİRWAYS” BUGÜNKÜ BAKI-HƏŞTƏRXAN REYSİNİ LƏĞV EDİB

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər qoyulması səbəbindən “Buta Airways” aviaşirkəti cümə axşamı üçün nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Bu barədə “Buta Airways” aviaşirkətindən məlumat verilib.

“Rosaviasiyanın məlumatına əsasən, cənub hava məkanından istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”,- məlumatda deyilir.

“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:

https://www.facebook.com/butaairways/

• https://www.instagram.com/butaairways/

https://twitter.com/butaairways