TÜRKİYƏ XİN UKRAYNADAKI VƏTƏNDAŞLARINA ÇAĞIRIŞ EDİB

dish bakanliq

Ukraynanın hava məkanı hələ ki qapalıdır. Mövcud vəziyyətdə evlərinizdə və ya təhlükəsiz bir yerdə qalmanızı, səyahətdən qaçınmanızı xahiş edirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ukraynada yaşayan vətəndaşlarına çağırışında bildirilib.

“Ölkəni tərk etmək istəyənlər üçün lazımi dəstək və koordinasiya təmin ediləcək”, – deyə çağırışa əlavə edilib.