RUSİYA UKRAYNA VƏ BELARUSLA QƏRB SƏRHƏDİNDƏKİ HAVA MƏKANINI BAĞLAYIB

Rusiya bu gündən etibarən Ukrayna və Belarusla qərb sərhədində hava məkanını mülki təyyarələr üçün bağlayıb.

“TASS”ın verdiyi məlumata görə, bu barədə Rusiyanın yaydığı NOTAM-da deyilir.

Bildirilir ki, bu qərar mülki təyyarələr üçün yüksək təhlükə ilə əlaqədar qəbul edilib.