PREZİDENT İLHAM ƏLİYEVLƏ RƏCƏB TAYYİB ƏRDOĞAN ARASINDA TELEFON DANIŞIĞI OLUB

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.