Ötən il Qarabağla bağlı keçirilən film müsabiqəsində seçilən 11 layihənin istehsalı istiqamətində tamamlanma işləri davam etdirilir.
Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırmaq üçün bu filmlərin başqa dillərə də dublyaj edilməsinə, yaxud titrla tərcüməsinə ehtiyac var.
“Əlbəttə ki, yeni çəkiləcək filmlərin beynəlxalq auditoriyaya çatdırılması üçün birinci növbədə ingilis dilində təqdimat planlaşdırılır. Sonrakı mərhələdə hər bir filmin distribusiya arealına görə dəyərləndirilərək digər xarici dillərə də tərcüməsi nəzərdə tutula bilər”, – deyə Nazirlikdən bildiriblər.