METRONUN İŞ SAATI “QARABAĞ” – “MARSEL” OYUNUNA GÖRƏ UZADILACAQ

“Qarabağ” klubu Fransanın “Marsel” klubu ilə qarşılaşmanın axşam saatlarında başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi ilə bağlı müraciət ünvanlayıb.

“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, müraciətə müsbət cavab verilib.

Belə ki, “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Məlumatı Bakı metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib.

O bildirib ki, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyən azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib. Müəyyən metro stansiyalarının girişi 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərə açıq olacaq. Gün ərzində bu barədə ətraflı açıqlama veriləcək.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.