PREZİDENT İLHAM ƏLİYEV: AZƏRBAYCANLA RUSİYA ARASINDA QARŞILIQLI MÜTTƏFİQLİK FƏALİYYƏTİ HAQQINDA BƏYANNAMƏ SON İLLƏR FƏAL İŞİMİZİN ÇOX YAXŞI NÜMAYİŞİDİR

Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb edəcək.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlətimizin başçısı bildirib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər bizim fəal işimizin, qarşılıqlı əməkdaşlıq potensialının yüksəldilməsinin çox yaxşı nümayişidir. Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”.