PREZİDENT İLHAM ƏLİYEV: BU GÜN AZƏRBAYCAN VƏ RUSİYA TARİXİ ƏHƏMİYYƏTLİ VACİB SƏNƏD İMZALAYIR

Bu, xüsusi səfərdir. Mən prezident qismində 48-ci dəfə Rusiyadayam. Amma bu, xüsusi haldır, çünki bu gün tarixi əhəmiyyətli vacib sənəd imzalayırıq.

“Rossiya 24” telekanalının məlumatına görə, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” bəyannamənin planlaşdırılan imzalanması barədə danışarkən deyib.