MİLLİ MƏCLİS XOCALI SOYQIRIMININ 30 İLLİYİ İLƏ ƏLAQƏDAR BƏYANAT QƏBUL EDƏCƏK

Parlament Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Bəyanat qəbul edəcək.

Bu barədə Milli Məclisin fevralın 25-də keçiriləcək iclasının gündəliyinə Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi daxil edilib.

Qeyd edək ki, iclasın gündəliyinə 11 məsələ daxildir.