Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Bunu Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
“Mənfur düşmənlərimiz sevginin mahiyyətini itiriblər. Onlar uşaqlara, qadınlara aman verməyiblər”, – İcma sədri deyib.
O qeyd edib ki, Azərbaycanda ordu ilə xalqın birliyi dəmir yumruğu yaratdı və o dəmir yumruq sayəsində göstərdik ki, Azərbaycan xalqının kükrəməsi necə olur.
“Biz yəhudilər Azərbaycandan uzaq düşməmişik, biz Azərbaycanı doğma Vətən bilmişik”, – deyə o bildirib.