Təbriz şəhərində İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində 3 nəfər həlak olub.
Qeyd olunur ki, təyyarə məktəb binasının üzərinə düşüb. Həlak olanlardan ikisi pilot, bir nəfəri sakin olub.
Qəzaya uğrayan təyyarə “F-5” təlim təyyarəsi olub. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.