AĞIR ATLETİKA FEDERASİYASINA YENİ PREZİDENT SEÇİLDİ

Azərbaycan Ağır Atletika Federasiyasının (AAF) yeni prezidenti seçilib.

AAF-ın yeni prezidenti kənd təsərrüfatı naziri İnam Kərimov olub.

Qeyd edək ki, seçim bu gün federasiyanın hesabat-seçki konfransında baş tutub. Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.