MÜDAFİƏ NAZİRLİYİ: AZƏRBAYCAN ORDUSUNUN TAĞAVERD KƏNDİ İSTİQAMƏTİNDƏ ATƏŞ AÇMASI BARƏDƏ MƏLUMAT TƏXRİBAT XARAKTERLİDİR

Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.