Ukrayna Prezidenti Zelenski ilə görüşümüz zamanı Putin, Zelenski, Ərdoğan arasında keçiriləcək üçtərəfli görüşə müsbət yanaşdığını bildirdi.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərindən geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin də bu məsələyə müsbət yanaşsa, ümid edirəm ki, İstanbulda və ya Ankarada görüşə bilərik.
“Bu arada, mən cənab Putinlə telefon diplomatiyası edərək məsələyə münasibətini öyrənəcəm. Buna uyğun olaraq işləri izləməyə çalışacağıq. Çünki regionda real müharibə yaxşı əlamət deyil. Belə bir şey bölgənin sağlamlığı üçün düzgün olmazdı”,- deyə o əlavə edib.